image-1backend

Bu şəxs Britaniyanın yeni baş naziri OLDU

image-ads-728x90

Britaniyalı siyasətçi Endi Börnhem Leyborist Partiyasının yeni lideri elan edilib. O, iyulun 20-dən etibarən Birləşmiş Krallığın Baş naziri vəzifəsinin icrasına başlayacaq.

Korrekt.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud Börnhemin Leyborist Partiyasının yeni rəhbəri olduğunu təsdiqləyib. O bildirib ki, namizədlik tələblərinə cavab verən yalnız bir siyasətçi olub.

Mahmudun sözlərinə görə, Börnhem 379 parlament üzvünün dəstəyini qazanaraq tələb olunan həddi keçib. Digər namizəd isə kifayət qədər dəstək toplamadığı üçün prosesdə iştirak etmək hüququ əldə etməyib.

Həmçinin qeyd olunub ki, əlaqəli həmkarlar ittifaqları və sosialist təşkilatları arasında da yalnız Börnhemin namizədliyi bütün tələblərə uyğun olub.

Leyborist Partiyasının lideri seçildikdən sonra Endi Börnhem siyasətin insanlara yenidən ümid verməli olduğunu bildirib.

“Biz birik və bu birliyin gücündən siyasətdən uzun müddətdir ümid gözləyən insanlara və icmalara xidmət etmək üçün istifadə edəcəyik. Biz onlara ümid verəcəyik”, – deyə Börnhem bildirib.

Yeni lider sabiq Baş nazir Keir Starmerə də təşəkkür edib. O qeyd edib ki, Starmerin rəhbərliyi dövründə Leyboristlər Partiyası böyük məğlubiyyətdən tarixi qələbəyə yüksəlib.

Börnhem bildirib ki, partiyanın əldə etdiyi nailiyyətləri davam etdirməyə hazırdır və əsas məqsədi insanların həyatına real təsir göstərən siyasət yürütməkdir.

O, həmçinin “siyasi xal toplamaq” əvəzinə problemlərin həllinə yönəlmiş “yeni siyasət” xəttinə sadiq qalacağını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki