image-1backend

Çeçen generaldan şok açıqlama: Bütün silahları  İrana təhvil verməyə və İslam Respublikası uğrunda döyüşməyə hazıram

image-ads-728x90

Yaxın Şərqdəki vəziyyəti şərh edən Axmat Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Apti Alaudinov İrana dəstəyini bildirib. Korrekt.az xəbər verir ki, videomüraciətində o, bütün silahlarını İslam Respublikasına təhvil verməyə hazır olduğunu bildirib.

“Əgər ölkə rəhbərliyi belə qərar verərsə, mən mütləq bu gün belə Dəccal ordusunun quru hücumunu dəf etmək üçün onlara kömək etmək üçün ayağa qalxardım”, – Alaudinov qeyd edib.

O, eləcə də xəbərdarlıq edib ki, ABŞ və İsrail “İranı məhv etməkdə uğur qazanarsa”, növbəti hədəf Rusiya ola bilər.

“Əvvəlcə ölkə daxilində mövqeyimizi möhkəmləndirməli və daha da birləşməliyik, çünki bilməliyik ki, növbəti hədəf biz olacağıq və bu, heç kim üçün yeni xəbər olmamalıdır”, – deyə komandir bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki