image-1backend

“Davinçi” klinikasında TƏHLÜKƏ

image-ads-728x90

“Davinçi” estetik klinikasında qanunsuz estetik prosedurlar həyata keçirilir. Tribuna.az-ın verdiyi xəbərə görə, Afərim Süleymanova həkim sertifikatı olmadan (vaginaplastika,liposaksiya və s.) əməliyyatlar icra edir. Xəbəri teref.net yayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Afərim Süleymanova barəsində rəsmi məlumatı yayıb.
Orada deyilir:
Bildiririk ki, Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalar üzrə məlumat bazası əsasında aparılmış araşdırma nəticəsində Süleymanova Afərim Ağalar qızının fərdi sahibkar qismində özəl tibbi fəaliyyətlə məşğul olması üçün xüsusi razılığının (lisenziyasının) mövcud olmadığı müəyyən edilib. Eyni zamanda, aparılmış yoxlama zamanı qeyd olunan şəxsin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı da təsdiqlənib.
Qeyd edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tibbi fəaliyyət yalnız müvafiq ixtisas təhsili, sertifikasiya və qüvvədə olan lisenziya əsasında həyata keçirilə bilər. Bu tələblərdən kənar istənilən tibbi praktika qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.
Qeyd edək ki, “Davinçi” estetik klinikasına Rafiq Əliyev adlı şəxs rəhbərlik edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki