Bəhreynin dövlətə məxsus neft və qaz şirkəti Bapco Energies regionda yaranmış gərgin vəziyyətlə əlaqədar fors-major vəziyyət elan edib.
Korrekt.az xəbər verir ki, bu barədə BNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, qərarın qəbul edilməsinə səbəb Yaxın Şərqdə davam edən gərginlik və İran tərəfindən həyata keçirilən hücumlar olub. Bildirilir ki, hücumlar nəticəsində şirkətin törəmə müəssisəsi olan Bapco Refining Companynin enerji bloklarından biri zərər görüb.
Şirkət regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi və istehsal infrastrukturuna yönəlmiş hücumlar fonunda fəaliyyətini qorumaq məqsədilə fors-major rejiminin tətbiq olunduğunu açıqlayıb.
Məsələ ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı bildirilir.





















