image-1backend

Əl-Cəzirə: “ İran və  İsrail arasında müharibə ehtimalı artır”  

image-ads-728x90

Korrekt.az “Əl-Cəzirə” telekanalına istinadən  xəbər verir ki, son həftələrdə İran və İsrail arasında gərginlik yeni mərhələyə keçə bilər. Münaqişənin birinci raundunun bitməsindən sonra bölgədəki siyasi, təhlükəsizlik və hərbi hərəkətlər gərginliyin artmasına səbəb olub.

Analitik hesabata görə, enerji bazarlarında da münaqişə ehtimalı ilə bağlı narahatlıqlar artıb. Son həftələrdə neftin qiyməti 5-10 dollar arasında yüksəlib. Xüsusilə Fars körfəzi regionunda neft ötürücü xətlərinə qarşı hər hansı təhdidin qiymətləri daha da yüksəldə biləcəyi vurğulanır.

İsrailin ABŞ-dən aldığı yüksək dəyərli silahların, xüsusilə bunker məhv edən bombaların, daha geniş hərbi əməliyyatlar üçün nəzərdə tutulduğu ehtimal edilir. Habelə, ABŞ və İsrailin Livan və İraqda basqıları artırdığı bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki