Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Hərb Nazirliyini (Pentaqon) İranla bağlı müharibə xərcləri barədə məlumatları “təhrif etməkdə” ittiham edib.
O, “X” hesabında paylaşım edərək bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun siyasi və hərbi addımları ABŞ üçün ciddi maliyyə yükü yaradıb.
Əraqçının sözlərinə görə, bu “macəra” ABŞ-yə indiyədək təxminən 100 milyard dollara başa gəlib və real rəqəmlərin rəsmi açıqlamalardan xeyli yüksək olduğunu deyib.
O, əlavə edib ki, amerikalı vergi ödəyiciləri bu siyasətin dolayı xərclərini də daşıyır və hər bir ailəyə düşən aylıq yükün təxminən 500 dollara çatdığı bildirilir. İran XİN rəhbəri qeyd edib ki, “birinci İsrail” siyasəti əslində “sonuncu Amerika” nəticəsinə gətirib çıxarır və ABŞ-nin maraqlarına zərər vurur.





















