image-1backend

Ərdoğan: “Avropanın Türkiyəyə ehtiyacı daha çoxdur”

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Avropanın Türkiyəyə ehtiyacı Türkiyənin Avropaya ehtiyacından daha çoxdur.

Korrekt.az xəbər verir ki, Ərdoğan Avropa İttifaqını Türkiyənin “konstruktiv mövqeyini” zəiflədə biləcək ritorikadan çəkinməyə çağırıb.

O vurğulayıb ki, Türkiyə artıq əvvəlki Türkiyə deyil və dünya yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır:

“Unutmamalıyıq ki, Türkiyə artıq köhnə Türkiyə deyil və dünya yalnız Qərbin təsir sahəsi ilə məhdud deyil”, – deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyənin tamhüquqlu üzvlüyü olmadan qlobal aktor ola bilməz.

Ərdoğan əlavə edib ki, Avropa İttifaqının Türkiyəyə münasibətdə “strateji miopiyası” hələ də qalmaqdadır və bu, qurumun bir çox institutlarında açıq şəkildə müşahidə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki