image-1backend

Ərdoğan: Cənubi Qafqaz ölkələri İrana qarşı müharibəyə cəlb edilə bilər

image-ads-728x90

ABŞ-İsrail müharibəsi Türkiyəyə, Fars körfəzinə, Asiyaya, Cənubi Qafqaza və Avropaya yayıla bilər.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə akkreditə olunmuş diplomatlar üçün təşkil olunmuş görüşdə bildirib.

O, Türkiyənin bölgədə sülh və sabitliyin bərqərar olması üçün digər ölkələrin bu münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün hər şeyi edəcəyini vurğulayıb.

O əlavə edib ki, Türkiyə İranın Azərbaycana qarşı dron hücumlarını pisləyir: “Biz dəfələrlə İranın regiondakı digər ölkələrə, ilk növbədə Azərbaycana hücumlarının səhv olduğunu bildirmişik”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti ABŞ, İsrail və İran arasında mövcud müharibənin nəticələrinin bütün dünyaya təsir edəcəyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki