image-1backend

Ərdoğan: Türkiyə Osmanlı mirasını və Milli Sarayları diqqətlə qoruyur

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Milli Saraylar əsri” Beynəlxalq Simpoziumuna videomüraciətində ölkənin Osmanlı İmperiyasından miras qalmış elm, sənət və mədəniyyət xəzinələrini, eləcə də Milli Sarayları diqqətlə qoruduğunu vurğulayıb.

Korrekt.az xəbər verir ki, Ərdoğan mesajında simpozium iştirakçılarını salamlayaraq tədbirin uğurlu keçəcəyinə ümid etdiyini bildirib. O, 27 müxtəlif ölkədən gələn mütəxəssislərin iştirakı ilə keçirilən simpoziumun təşkilinə görə Milli Saraylar Rəyasət Heyətini təbrik edib.

Prezident qeyd edib ki, Osmanlı İmperiyasının hökm sürdüyü altı əsrlik dövrdə üç qitəyə yayılan torpaqlarda inşa edilən saraylar, məscidlər, malikanələr və mədrəsələr türk millətinin memarlıq baxımından çatdığı ən yüksək səviyyənin nümunələridir. O bildirib ki, Osmanlı saraylarında müxtəlif üsullarla yığılmış nadir əsərlər bu gün də qorunub saxlanılır.

Ərdoğan əlavə edib ki, Türkiyə Cümhuriyyəti Osmanlı mirasını qorumaqla yanaşı, Milli Sarayların baxımı və idarəçiliyini də Prezidentliyə həvalə edib. Eyni zamanda yeni muzeylər açaraq qorunmuş əsərləri ziyarətçilərə təqdim edir.

O, “Milli Sarayların 100 İlliyi” simpoziumunda əməyi keçənləri bir daha təbrik edərək, ideya müəllifləri və professorlara təşəkkürünü bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki