Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan ölkəsinin faktiki olaraq KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çıxdığını bildirib.
Korrekt.az xəbər verir ki, jurnalistlərlə söhbətində Simonyan, KTMT-dən çıxmağın anti-Rusiya əhval-ruhiyyəsinin nəticəsi olduğunu düşünmədiyini vurğulayıb: “Xeyr”.
O əlavə edib ki, Ermənistanın bu addımı faktiki olaraq reallaşıb: “Qalanına gəlincə, bunu bizim siyasi məqsədəuyğunluğumuza buraxın”.





















