Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti maşın “problemi” heç bir şəkildə həll oluna bilmir.
Tribuna.az xəbər verir ki, son bir ildə təxminən 100-ə yaxın xidməti avtomobil alan nazirlik, dünən bununla bağlı daha bir tender elan edib.
Belə ki, FHN bu dəfə tabeliyində olan Xəzər Hövzə Qəza Xlasetmə Xidməti üçün xidməti maşınlar almağı planlaşdırıb. Həmin plana əsasən 5 ədəd sedan tipli maşın alınacaq. Bunun üçün isə nazirlik 205 min 737 manat xərcləməyə hazır olduğunu qeyd edib.





















