image-1backend

Futbol şərhçilərinin danışıq tərzinə ağız büzdülər – “Topun arxasına keçdi”

image-ads-728x90

“Futbol şərhçilərimiz təcili şəkildə Azərbaycan ədəbiyyatını oxumalıdırlar. Axundovdan düz müasirlərə kimi. Mümkünsə roman, hekayə, yəni nəsr oxusunlar”.

Korrekt.az  xəbər verir ki, bunu gənc yazıçı Ayxan Ayvaz bildirib.

O, sosial şəbəkə hesabında eyd edib ki, Azərbaycanın futbol şərhçiləri dəhşətli dərəcədə Anadolu türkcəsinin təsirə məruz qalıblar:

“Türklərin şərhçiliyindənsə, ruslara baxsalar, çox şey öyrənərlər”.

Yazıçı şərhçilərin ən çox istifadə etdikləri cümlələri paylaşıb:

“Qarabağ” heyətinə yeni oyunçu qatdı”

“Musa Qurbanlı Messi forması ilə PSJ-nin oyununu izlədi”

“Əziz izləyicilər, hörmətli izləyicilər…”

“Gəlin epizodu bir daha izləyək”

“Təmkin Xəlilzadənin oyununda eniş yaşanır”

“Topu başla tora yerləşdirdi”

“İndi həmin qolu izləyəcəyik”

“Rəqib oyunçunun komanda yoldaşına ötürdüyü topu qarşılaya bilmədi”

“Komandaların görüşməsi baş Verdi”

“Rəqib qapısına vurulan toplarda filankəs böyük pay sahibidi”

“Topu ələ keçirdi”

“Qapıçı topu tutmaq üçün uzandı”

“Məşqçi dəyişikliyi baş verib”

“Komandanın qələbəsini rəsmiləşdirdi”

“Bu hücum öz inkişafını tapa bilmədi”

“Topun arxasına keçdi”

“Filankəs yerə yıxıldı”

“Topu asma zərbə ilə ötürdü”

“Görüşün referisi ərəb hakim…”

Paylaşım sosial mediada geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu fikirləri öz sosial media hesabında re-post edərək şərhçiləri diqqətli olmağa və dilimizi korlamamağa çağırıb.

Nümunələrin böyük hissəsinin dil xətası deyil, üslub məsələsi olduğunu bildirənlər də az deyil.

Xatırladaq ki, hzırda DÇ-2026-nın oyunları yalnız İTV-də yayımlanır.“Yeni Sabah”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki