image-1backend

Uruqvay millisində şok itki: Bu ulduz futbolçu sıradan çıxdı

image-ads-728x90

“Mundo Deportivo”nun məlumatına görə, Uruqvay milli komandasının və İspaniya çempionu “Barselona”nın müdafiəçisi Ronald Araujonun Dünya Kubokunda iştirakı sual altındadır.

Ronald Araujo iyunun 4-də baldır əzələsindən zədə alıb. Onun meydana qayıdışı gələn aya qədər gözlənilmir.

Araujonun Dünya Kubokunda iştirakı Uruqvay millisinin 1/16 və ya 1/8 finala yüksələcəyi təqdirdə mümkün olacaq.

Qrup mərhələsinin ilk turunda Uruqvay Səudiyyə Ərəbistanı ilə heç-heçə etdi (1:1). İkinci turda Uruqvay Kabo-Verde (22 iyun), final mərhələsində isə İspaniya (27 iyun) ilə qarşılaşacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki