image-1backend

Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” – TƏFƏRRÜAT

image-ads-728x90

Bakının Sabunçu rayonunda 20 yaşlı oğlan sosial şəbəkədə tanış olduğu qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham edilib.

Korrekt.az Teleqraf-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü Göyçay rayon sakini Tural Sabunçu rayonunda fərdi yaşayış evində yetkinlik yaşına çatmayan Gülərlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Turalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Tural elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, təxminən 1 il əvvəl Güləri “İnstagram” sosial şəbəkəsində tanıyıb: “Onunla yalnız “İnstagram” vasitəsilə danışırdım. Bir müddət sonra votsapda danışmağa başladıq. Sevgi münasibətində olduq və ona evlənəcəyimi dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Gülər 2025-ci ildə Sumqayıt şəhərinə, bibisi Qətibənin evinə qonaq gəlib: “Gülər Sumqayıt şəhərinə gəlişi barədə mənə əvvəlcədən məlumat vermişdi. Mən də ona görüşmək istədiyimi dedim. Gülərin bibisinin yaşadığı evin həyətinə getdim, ilk dəfə onda görüşdük. O, həyətə düşdü, söhbət edərkən Gülər evdə onu çox sıxdıqlarını bildirdi, mənimlə qaçmağı təklif etdi.

Saat 20 radələrində Gülərlə taksiyə əyləşib Bakıya, Yasamal ərazisinə getdik. Orada parkda gəzdikdən sonra dəniz kənarına yollandıq. Gecəni küçədə qalaraq səhərə kimi gəzdik. Səhəri gün Gülərin mobil telefonunu və qızıl qolbağını satmaq üçün aldım. Qolbağı 120 manata, telefonu 50 manata, həmçinin öz mobil telefonumu da 50 manata satdım. Biz bu pula yemək yedik, özümüzə xərclədik. Həmin gecəni dəniz kənarında keçirdik”.

Təqsirləndirilən şəxs deyib ki, iyunun 27-də gecəyarısı Güləri Sabunçu rayonunda yerləşən evlərinə aparıb: “Biz gizlincə evə daxil olduq və mənim otağıma keçdik. Atam və qardaşım evdə olsalar da, bizi görmədilər. Gecəni Gülərlə otaqda qaldıq. Mən divanda, Gülər çarpayıda yatdı, aramızda heç bir münasibət olmadı”.

Turalın sözlərinə görə, səhəri gün saat 12 radələrində Gülərin yanına keçib və onu öpməyə başlayıb: “Ona münasibətdə olmağı təklif etdim. Əvvəl razılıq verməsə də, sonra razılaşdı. Hər ikimiz soyunduq, cinsi əlaqədə olduq. Sonra isə Gülər mənimlə seksual hərəkətlər etməyi təklif etdi. Mən də razılaşdım. Növbəti gün saat 21 radələrində evdən çıxaraq dəniz kənarına getdik. Yenə gecəni dəniz kənarında keçirdik”.

Tural qeyd edib ki, anası ona dəfələrlə zəng edərək evə gəlməsini istəyib: “Gülərlə birlikdə evə getdim. Əvvəlcə Güləri çöldə saxlayıb evə tək girdim. Valideynlərim polis tərəfindən axtarıldığımı dedi. Baş verənləri valideynlərimə danışdım, Gülərin mənimlə olduğunu dedim. Güləri də evə saldım və həmin gecəni evdə qaldıq. Növbəti gün mən, anam və qardaşım Güləri götürərək Sumqayıt şəhərində polis bölməsinə getdik”.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Turalı onun “Şeyx” adlı profili ilə “İnstagram” sosial şəbəkəsindən tanıyıb: “Onunla əvvəlcə heç vaxt görüşməmişdim. Sonra votsap mesajlaşma proqramı vasitəsilə danışmağa başlamdım və sevgi münasibətində olduq. O mənə ailə həyatı quracağını söylədi”.

Gülər ifadəsində Turalla görüşməsindən, onunla qaçmasından, gecələri küçədə keçirməsindən, intim münasibətdə olmasından danışıb. O, ifadəsində hər şeyin könüllü olduğunu, Turalın ona zorakılıq göstərmədiyini deyib.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Tural 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki