Moskva sakinləri Ukraynanın dron hücumlarından son dərəcə qorxuya düşüblər. Korrekt.az xəbər verir ki, kütləvi dron hücumlarından qorxuya düşən Moskva sakinləri şəhəri tərk etməyə başlayıblar.
Şəhərdə baş verən çoxsaylı yanğınları lentə alan bir şahid “bütün Moskvanın yandığını” bildirir və təxliyə edilməsinin vacibliyini bildirir. Lakin emosional vəziyyətinə görə söz tapa bilmir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Vladimir Putin artıq Moskva sakinləri də daxil olmaqla, ruslar üçün təhlükəsizliyin qarantı deyil.
Kovalenko videoya şərh verərək yazıb: “Ruslar, Putinə və ona səs verdiyiniz üçün özünüzə təşəkkür edin. Putin artıq təhlükəsizliyinizin qarantı deyil; o, Moskva da daxil olmaqla, Rusiyanın hər bir şəhərinə müharibə gətirib”.
:





















