image-img-20260618-wa0070backend

SKAL Bakı Klubu və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Antalya Beynəlxalq Zirvəsində təmsil olunub

image-ads-728x90

15-18 iyun 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Global Phoenix Summit beynəlxalq biznes və əməkdaşlıq platformasında Azərbaycanı SKAL Bakı Klubunun prezidenti Ceyhun Aşurov təmsil edib.

Ceyhun Aşurov tədbirdə eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının nümayəndəsi qismində iştirak edərək ölkənin sağlamlıq və termal turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində bir sıra görüşlər keçirib.

Zirvə çərçivəsində müxtəlif ölkələrdən olan sahibkarlar, turizm mütəxəssisləri və investorlarla təşkil edilən B2B görüşlər zamanı Azərbaycanın turizm imkanları, sağlamlıq və termal turizm məhsulları, Naftalan şəhərinin müalicəvi turizm potensialı, MICE turizmi və qonaqpərvərlik sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ceyhun Aşurov bildirib ki, beynəlxalq platformalarda Azərbaycanı təmsil etmək böyük məsuliyyət və qürur hissi yaradır:
“Global Phoenix Summit yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsinin aparılması və ölkəmizin turizm potensialının tanıdılması baxımından mühüm imkanlar yaradır. Xüsusilə sağlamlıq və termal turizm sahəsində Azərbaycanın, o cümlədən Naftalanın beynəlxalq bazarda daha geniş tanıdılması üçün bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır. SKAL Bakı Klubu olaraq turizm vasitəsilə dostluq və əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcəyik.”

Qeyd edək ki, Global Phoenix Summit müxtəlif ölkələrdən iş adamlarını, investorları və sektor nümayəndələrini bir araya gətirən, beynəlxalq əməkdaşlığın və biznes əlaqələrinin genişləndirilməsinə xidmət edən nüfuzlu platformalardan biridir.
SKAL Bakı Klubu fəaliyyətini SKAL International-ın “Turizm vasitəsilə dostluq – Doing Business Among Friends” prinsipi əsasında davam etdirərək, beynəlxalq turizm əlaqələrinin inkişafına töhfə verməyi hədəfləyir.

image-img-20260618-wa0074 image-img-20260618-wa0073 image-img-20260618-wa0072 image-img-20260618-wa0070



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki