2025-ci ilin yekununa olan məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) borcunun ÜDM-ə nisbəti 14,8% təşkil edib.
Bu barədə məlumat “CEIC Data” portalında yer alıb.
Qeyd edək ki, region ölkələri ilə müqayisədə Azərbaycanın göstəricisi daha aşağıdır. Belə ki, Ermənistanda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 32,9%, Gürcüstanda 36,9%, Rusiyada 18,7%, Qazaxıstanda isə 66,7% təşkil edib. Türkiyədə bu göstərici 10,5%, Ukraynada isə 4,1% səviyyəsində olub.
Bu o deməkdir ki, Azərbaycan Ermənistandan 2,2 dəfə, Gürcüstandan isə təxminən 2,5 dəfə daha aşağı borclanma səviyyəsinə malikdir.
Avropa ölkələri ilə müqayisədə fərq daha qabarıq görünür. Niderlandda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 97,2%, Danimarkada 89,8%, Norveçdə 89,5%, Finlandiyada 72,7%, Fransada 58,9%, Belçikada 58,3%, Portuqaliyada 56,8%, Almaniyada 48,7%, İtaliyada isə 47% olub. Şərqi Avropada da göstəricilər Azərbaycanın səviyyəsini üstələyir. Məsələn, Polşada bu nisbət 22,4%, Macarıstanda 21,8%, Bolqarıstanda 30,1%, Rumıniyada isə 15,3% təşkil edib.
Ailələrin borcunun ÜDM-ə nisbəti digər ölkələrdə aşağıdakı kimi olub:
– Niderland 97,2%;
– Danimarka – 89,8%;
– Norveç – 89,5%;
– Finlandiya – 72,7%;
– Qazaxıstan – 66,7%;
– Fransa – 58,9%
– Belçika – 58,3%
– Portuqaliya – 56,8%
– Almaniya – 48,7%
– İtaliya – 47,0%
– Gürcüstan – 36,9%
– Ermənistan – 32,9%
– Bolqarıstan – 30,1%
– Polşa – 22,4%
– Macarıstan – 21,8%
– Rusiya – 18,7%
– Rumıniya – 15,3%
– Azərbaycan – 14,8%
– Türkiyə – 10,5%
– Ukrayna – 4,1%





















