image-1backend

Ərdoğan amili Trampı qərarından döndərdi – Türkiyə NATO-nu böyük böhrandan xilas etdi  

image-ads-728x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın iyul ayında keçiriləcək NATO sammitində iştirak edəcəyini və bunun məhz Türkiyənin ev sahibliyi sayəsində mümkün olduğunu bəyan edib.

Korrekt.az xəbər verir ki, Türkiyənin baş diplomatı bu barədə Rusiyaya etdiyi iki günlük rəsmi səfərindən sonra jurnalistlərə açıqlamasında məlumat verib. Fidanın sözlərinə görə, qarşıdan gələn sammitdə bir çox taleyüklü mövzular müzakirə olunacaq və ABŞ prezidentinin iştirakı olmadan bu məsələlər barəsində hər hansı qəti qərar qəbul etmək qeyri-mümkündür.

Nazir vurğulayıb ki, Avropa ölkələri də Trampın sammitə qatılmaq qərarında Türkiyə faktorunun həlledici rol oynadığını qəbul edirlər:

“Avropalı müttəfiqlərimiz hesab edirlər ki, Trampın bu tədbirdə iştirakını təmin edən əsas amil sammitin məhz Türkiyədə təşkil olunmasıdır. Əgər ortada Türkiyə və bizim prezident (Ərdoğan) faktoru olmasaydı, Tramp bu tədbirə ayaq basmazdı. Onun sammitə qatılmaması isə faktiki olaraq Trampın artıq NATO-ya əhəmiyyət vermədiyini nümayiş etdirən açıq bir bəyanat olardı”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki