image-1backend

Gəlin və rəfiqələri təyyarədə dava saldılar: Polis işə qarışdı

image-ads-728x90

Təyyarədə baş verən  insidentə görə  beş qadın sərnişin həbs edilib. Korrekt.az xəbər verir ki, Polşanın Vrotslav şəhərindən Xorvatiyanın Zadar şəhərinə uçan 5 qadın dava-dalaşa görə təyyarədən endirilib.

Qadınlar ictimai asayişi pozub, heyət üzvlərinin tələblərinə tabe olmayıb və digər sərnişinlərlə mübahisə ediblər.

Polşa Sərhəd Mühafizə Xidməti hadisə yerinə xüsusi müdaxilə qrupunun çağırıldığını bildirib. Beş sərnişinin hamısı hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə təyyarədən endirilib.

İlkin məlumatlara görə, qadınların davranışı onların spirtli içkinin təsiri altında olma ehtimalına şübhə yaradıb. Müayinə göstərib ki, sərnişinlərin beşində həqiqətən də spirtli içki qəbulu əlamətləri müşahidə olunub.

Qadınlar polis bölməsinə aparılıb və təyyarənin kapitanı onların daşınmasından imtina edib. Onlar sərnişin siyahısından çıxarılıb və heç vaxt Xorvatiyaya gedə bilməyəcəklər.

Hadisənin görüntüləri sosial mediada tez bir zamanda yayılıb. Şahidlərin sözlərinə görə, gərgin vəziyyət qrup təyyarəyə minməmişdən əvvəl başlayıb. Xorvatiyaya girişi qadağan edildiyindən toy mərasimi də təxirə salınıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki