image-1backend

General Tofiq Bəhramovun polkovnik nəvəsini işdən çıxardı

image-ads-728x90

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.

Korrekt.az  xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük polkovniki Bəhramov Tofiq Bəhmən oğlu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.

Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki