Bu dəfə Acun Ilıcalının Azərbaycan köklərini və ailə şəcərəsini araşdırdıq. Jurnalist Hafiz Əhmədov məşhur televiziya prodüserinin Azərbaycan əsilli babasını, ailəsinin tanınmış nümayəndələrini və onların həyat hekayələrini nadir arxiv fotoları ilə təqdim edir.
29 may 1969-cu ildə Türkiyənin Ədirnə şəhərində anadan olan Acun Ilıcalı Acun Medya şirkətinin qurucusu, TV8 və TV8,5 televiziya kanallarının, Exxen platformasının sahibidir. O, “Survivor”, “O Ses Türkiye”, “Yetenek Sizsiniz” kimi məşhur televiziya layihələri ilə tanınıb. Həmçinin İngiltərənin Hull City və Sloveniyanın NK Maribor futbol klublarının sahibidir.
(Acun Ilıcalının babası Nazif Ilıcalı və nənəsi Behice Ilıcalı)
Acun Ilıcalı əslən Türkiyənin Ərzurum bölgəsindəndir. Atası Ergün (Ergündüz) Ilıcalı, anası İlknur Ilıcalıdır. Onun Ömer Cenker Ilıcalı adlı böyük qardaşı var.
(Acun Ilıcalının babası Nazif Ilıcalı, nənəsi Behice Ilıcalı, atası, əmiləri, bibisi)
Acun Ilıcalının Azərbaycan kökləri: Babasının anası azərbaycanlı olub
Acun Ilıcalı müxtəlif çıxışlarında Azərbaycanla olan ailə bağından danışıb. 2023-cü ilin oktyabrında Bakıya səfəri zamanı da ata tərəfdən Azərbaycan əsilli olduğunu bildirib.
(Acun Ilıcalının babası Nazif Ilıcalı və nənəsi Behice Ilıcalı)
Sonrakı açıqlamasında isə bu kökün konkret olaraq kimə aid olduğunu dəqiqləşdirib: Acunun ata tərəfdən babası Nazif Ilıcalının anası Azərbaycan əsilli olub.
(Sol tərəfdə – Acun Ilıcalının babası Nazif Ilıcalı və nənəsi Behice Ilıcalı, əmisinin toyu)
Ailənin faciəli tarixi: Nazif və Behice Ilıcalı
Acun Ilıcalının babası Nazif Ilıcalı və nənəsi Behice Ilıcalı 1986-cı ildə İstanbulda baş verən yol qəzasında həyatlarını itiriblər. Acun məktəb illərində onların yanında qalıb.
(Acun Ilıcalının babası Nazif Ilıcalı və nənəsi Behice Ilıcalı, əmisinin toyu)
1990-cı ildə isə onun valideynləri Ergündüz və İlknur Ilıcalı Balıkesir-İzmir avtomobil yolunda baş verən qəza nəticəsində həlak olublar. Həmin vaxt avtomobildə olan Acunun 10 aylıq qızı Banu sağ qalıb.
(Acun Ilıcalı, qardaşı və valideynləri)
Ailənin digər tanınmış üzvü Acunun əmisi Prof. Dr. Mustafa Ilıcalıdır. Yaxınlarını yol qəzalarında itirən professor sonralar yol təhlükəsizliyi sahəsindəki fəaliyyəti ilə tanınıb və “Trafik Amca” adı ilə məşhurlaşıb.
(Acun Ilıcalının babası Nazif Ilıcalı, nənəsi Behice Ilıcalı, atası, əmiləri, bibisi)
(Acun Ilıcalının babası Nazif Ilıcalı)
(Acun Ilıcalının əmisinin toyu)
(Ilıcalı ailəsi)
(Acun Ilıcalı və əmisi Mustafa Ilıcalı)
(Acun Ilıcalının valideynləri)
Acun Ilıcalı: “Sona çatmayacaq həsrətim hər keçən gün daha da artır… Sənə və atama layiq olmaq ən böyük arzumdur.”
(Acun Ilıcalının əmiləri: Mustafa və Gürbüz Ilıcalı)
(Acun Ilıcalının atası Ergündüz Ilıcalı)
Acun Ilıcalı: “İnsanlar məndən səni soruşanda, səni sözlərlə ifadə edə bilmirəm, sözlər yetmir. Səni tanıyanlar onsuz da necə insan olduğunu bilirlər. Mən isə sənin oğlun olmağın qürurunu yaşayıram. Deməli, zaman heç də həmişə dərman olmurmuş. Sənin üçün darıxmağım heç vaxt bitmədi, ağrım heç vaxt səngimədi. Həmişə səni özümə örnək götürməyə davam edirəm.”
(Acun Ilıcalı – uşaqlıq illəri)
(Acun Ilıcalı, qardaşı və anası)
(Acun Ilıcalının ailəsi)
(Acun Ilıcalı və əmisi Gürbüz Ilıcalı)
(Acun Ilıcalının ailəsi)


HafizTimes.com





















