image-1backend

Hakan Fidan: Müharibənin daha da genişlənməsini istəmirik

image-ads-728x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya–Ukrayna müharibəsinin Qara dəniz regionuna keçməsinin arzuolunmaz olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, nazir Ukraynanın paytaxtı Kiyevdə ukraynalı həmkarı Andriy Sıbiha ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edərək vurğulayıb ki, müharibənin başlanğıcından etibarən diqqət çəkilən “münaqişənin genişlənməsi riski” hələ də ciddi təhlükə olaraq qalır. Onun sözlərinə görə, son dövrlərdə gərginliyin müxtəlif formalarda artdığı müşahidə olunur.

Fidan qeyd edib ki, Qara dənizin təhlükəsizliyini təhdid edən hadisələr bu narahatlıqları daha da gücləndirir:

“Rusiya–Ukrayna müharibəsinin Qara dənizə daşınmasını istəmirik.”

Nazir Qara dənizdə sabitliyin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, limanların, tanker gəmilərinin və balıqçı qayıqlarının hədəfə alınması, həmçinin mülki şəxslərin həyatının riskə atılması qəbuledilməzdir.

O əlavə edib ki, bu baxımdan bütün tərəflər məsuliyyətli və təmkinli davranmalıdır.

Hakan Fidan həmçinin Rusiya–Ukrayna müharibəsində yaranmış çıxılmaz vəziyyətdən çıxış yolları ilə bağlı yeni strateji yanaşmalar üzərində çalışdıqlarını bildirib. Onun sözlərinə görə, yeni ideyalar formalaşdırılıb və bu təkliflər tərəflər, eləcə də vasitəçilərlə aparılan danışıqlarda müzakirə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki