image-1backend

Haluk Leventdən şok etiraf: “Mən qumar oynamışam”  

image-ads-728x90

Türkiyəli sənətçi və Ahbap Dərnəyi qurucusu Haluk Levent İstanbul Baş Prokurorluğunun dərnəklə bağlı apardığı istintaq çərçivəsində verdiyi ifadədə açıqlamalar verib.

Korrekt.az xəbər verir ki, Levent ifadəsində korrupsiya ittihamlarını qəbul etmədiyini, lakin bəzi qanun pozuntularına yol verdiyini bildirib.

Sənətçi bank hesablarından istifadə ilə bağlı suallara cavab verərkən öz adına hesab açmadığını və bəzi hallarda başqa şəxslərin hesablarından yararlandığını deyib. O, buna səbəb kimi əvvəlki maliyyə problemlərini göstərib.

Levent ifadəsində bildirib ki, Yeliz Qayanın hesablarından bəzi şəxsi maliyyə əməliyyatları, Zafer Yayının hesablarından isə fond bazarı ilə bağlı əməliyyatlar üçün istifadə edib.

İstintaqın əsas mövzularından biri olan Ahbap Dərnəyinə məxsus çek və veksellərlə bağlı isə Levent bu sənədlərdən girov kimi istifadə etdiyini və borc götürdüyünü etiraf edib.

Sənətçi bu addımın qaydalara zidd olduğunu qəbul etsə də, bunun korrupsiya olmadığını vurğulayıb:

“Bunu qaydasızlıq və ya qanun pozuntusu adlandırmaq olar, amma korrupsiya adlandırmaq olmaz”.

Levent həmçinin 20 daşınmaz əmlakın ümumi 80 milyon türk lirəsi qarşılığında Ahbap Dərnəyinə verilməsi planından danışıb. Onun sözlərinə görə, mülkiyyət sənədləri ilə bağlı prosedur problemləri səbəbindən bu proses tamamlanmayıb.

Sənətçi bildirib ki, əmlakların dərnəyin mülkiyyətinə keçirilməsi başa çatsaydı, hazırkı araşdırma üçün əsas yaranmaya bilərdi.

“Etiraf edirəm qumar oynamışam. Amma bunu dərnəyə heç bir aidiyyatı yoxdur”- deyə sənətçi bildirib.

Polisdəki ifadə prosedurlarının tamamlanmasından sonra Haluk Levent və digər şübhəlilərin tibbi yoxlamadan keçirildikdən sonra İstanbul Çağlayan Ədliyyəsinə göndəriləcəyi bildirilib. Onların prokurorluqdakı ifadələrindən sonra məhkəməyə sevk edilə biləcəyi qeyd olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki