image-1backend

Hamının sevdiyi müəllim necə amansız qatilə çevrildi?

image-ads-728x90

Andrey Çikatilo SSRİ tarixində ən məşhur və ən qəddar seriyalı qatillərdən biri hesab olunur. O, 1992-ci ildə həbs edilmişdi. Hamı onu səmimi dürüst biri hesab edirdi. Amma heç kim bilmirdi ki, bu səmimi insan, əsl sovet pedaqoqu amansız qətlləri həyata keçirən qatildir.

Ailə başçısı, iki uşaq atası və müəllim olsa da, eyni zamanda amansız qatil, sadist və kannibal idi. O, dərs deyiyi məktəbdə hamının sevimlisi idi. Onun törətdiyi cinayətlər bu gün də kriminologiya tələbələri tərəfindən öyrənilir.

Çikatilo müxtəlif şəhərlərdə – Rostov, Leninqrad, Daşkənd və digər yerlərdə cinayətlər törədirdi. Təkcə 1984-cü ilin iyul-avqust aylarında səkkiz qadını qətlə yetirmişdi.

Qurbanlarını müxtəlif bəhanələrlə, o cümlədən içki içmək və ya başqa yollarla aldadaraq meşəlik ərazilərə aparırdı. Uşaqları isə müxtəlif hiylələrlə, məsələn texniki avadanlıq göstərmək vədi ilə özünə cəlb edirdi.

Onun cinayətləri son dərəcə vəhşicəsinə idi. Qurbanlarının bəziləri hələ sağ olarkən işgəncələrə məruz qalırdı. O, bəzi hallarda qurbanların bədən üzvlərini yeyirdi.

İstintaq zamanı məlum olmuşdur ki, o, səfərlərə çıxarkən yanında qablar da götürürdü. Onun davranışları ağır psixoloji pozuntularla müşayiət olunurdu.

Nəhayət, növbəti cinayətlərdən birindən sonra polis tərəfindən saxlanıldı. Onun çantasında qanlı bıçaq və kəndir tapılmışdı.

1992-ci ildə onun məhkəməsi geniş ictimaiyyətin diqqəti qarşısında keçirildi. Məhkəmədə o, özünü ruhi xəstə kimi göstərməyə çalışsa da, bu cəhd uğursuz oldu.

Məhkəmənin qərarı ilə o, ölüm cəzasına məhkum edildi və 1994-cü ildə güllələndi.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki