image-1backend

Hikmət Hacıyev: “Biz  İranı qonşu, tərəfdaş kimi görürük”  

image-ads-728x90

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “EU Today”ə müsahibəsində deyib: “Biz İranı qonşu, tərəfdaş kimi görürük və iqtisadi və ticarət münasibətləri daha da inkişaf etdirməyi gözləyirik”.

Korrekt.az xəbər verir ki, Hacıyev qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı diplomatik gərginlik artıq aradan qalxıb, hücum edən şəxs İran qanunları əsasında mühakimə olunub və Azərbaycan bu səhifəni tamamilə çevirib.

“Münasibətlər indi normal və sabitdir. Prezident İlham Əliyevlə Prezident Məsud Pezeşkianın şəxsi münasibətləri çox yaxşıdır. İran Araz çayı üzərindən keçən Ağbənd-Kəlalə avtomobil körpüsü vasitəsilə Bakının daha geniş əlaqə planlarında yer alır, bu körpünün inşası 2025-ci ilin sonuna qədər struktur baxımdan tamamlanacaq, sərhəd və gömrük infrastrukturunun işə düşməsi 2026-cı ilin əvvəlində gözlənilir”, – deyə, Hacıyev vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki