image-1backend

“İdeal Kredit” BOKT 14 qəpiyə görə müştəriyə görün nə etdi – Foto

image-ads-728x90

Vətəndaş Elmar Mənsumov “İdeal Kredit” BOKT-dan şikayətçidir.

Korrekt.az  xəbər verir ki, bu barədə Feysbukun şikayət səhifəsində yazan vətəndaş bildirib ki, 6 aylıq mebel kreditini hər ay qrafik üzrə vaxtında ödəyin. Lakin ona borc yazılıb və bu da bank müraciətlərində problem yaradır:

“Son ödəniş zamanı sistemdə göstərilən məbləği tam ödəməyimə baxmayaraq, sonradan məlum olub ki, adıma 14 qəpik borc qalıb. Ən maraqlısı isə budur ki, bu barədə mənə heç bir SMS, zəng və ya bildiriş edilməyib.

Nəticədə, cəmi 14 qəpiyə görə mənə 31 gün gecikmə qeyd olunub və bunu yalnız Findoc-dan gələn e-mail vasitəsilə öyrənmişəm. Hazırda bu gecikmə səbəbindən bank müraciətlərimdə problem yaşayıram.

Üstəlik, artıq 2 həftədir hər gün zəng edib məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirəm. Bəlkə gecikməni sistemdən silə bilməzlər, bunu başa düşürəm və bu barədə artıq Mərkəzi Banka da şikayət etmişəm. Amma heç olmasa məndən asılı olmayan texniki problem səbəbindən yarandığını göstərən rəsmi arayış təqdim etmələrini istəyirəm.

Təəssüf ki, 2 həftədir sadəcə yola verirlər, konkret cavab və ya həll təqdim olunmur.

Mən başa düşmürəm,Müştəriyə borc barədə niyə məlumat verilmir?14 qəpik kimi texniki qalığa görə niyə dərhal gecikmə tarixçəsi formalaşdırılır?Vaxtında ödəniş edən müştərinin kredit tarixçəsi niyə bu qədər asan şəkildə zədələnir?Müştəri həftələrlə müraciət etdiyi halda niyə normal dəstək göstərilmir?”.

Xatırladaq ki, vətəndaşın şikayət etdiyi “İdeal Kredit” BOKT MMC-nin əsas təsisçiləri Qubad Qubadov (75% pay) və Eldar Hüseynov (Xuraman Qubadovadan alınan 25% pay) təşkilatın əsas təsisçiləridir. BOKT-un direktoru Qubad Qubadobdur.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki