image-timthumbbackend

İran Hörmüz boğazını açmağı təklif etdi, Tramp rədd etdi

image-ads-728x90

İranın yüksək vəzifəli bir rəsmisi anonimlik şərti ilə Reuters agentliyinə bildirib ki, İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın qaldırılması ilə bağlı təklif təqdim edib.

Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, təklif İran tərəfindən Hörmüz boğazında gəmiçiliyin bərpasını və ABŞ tərəfindən İran limanlarının dəniz blokadasının qaldırılmasını nəzərdə tutur. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların sonrakı mərhələyə qədər təxirə salınması təklif olunur. Lakin ABŞ prezidenti Donald Tramp təklifi rədd edib. Ağ Evdə jurnalistlərə açıqlamasında o, İranın bəzi şərtləri ilə razılaşa bilməyəcəyini qeyd edib.

Qeyd etmək lazımdır ki, ABŞ və İsrailin İrana qarşı hava hücumlarını dayandırmasından dörd həftə keçməsinə baxmayaraq, münaqişənin sona çatması ilə bağlı heç bir razılıq əldə edilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki