image-1backend

İran Hörmüzü açır? – “Danışıqlarda real irəliləyiş var”

image-ads-728x90

Pakistan rəsmiləri ABŞ və İran arasında mesajlar çatdırmaqla, İslamabadda əvvəlki danışıqlar raundlarını dayandıran fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Bu yolda artıq real irəliləyiş qeydə alınıb.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Xəbər verilir ki, ABŞ və İran arasında Pakistanın vasitəçi kimi çıxış etdiyi danışıqlarda sülh əldə ediləcəyinə dair artan əlamətlər var.

Bu arada, “Sky News” xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Qətərin paytaxtı Dohaya Əmir Təmim bin Həməd Əl-Tani ilə görüşmək üçün gələcək. Kanalın məlumatına görə, iki tərəf İran və ABŞ arasında uzunmüddətli atəşkəs perspektivlərini müzakirə etmək niyyətindədir.

Qeyd olunur ki, Şərif bir gün əvvəl Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da görüşüb və görüş zamanı ABŞ və İran arasında atəşkəsin asanlaşdırılması, eləcə də İslamabadda son danışıqların təşkili məsələsini müzakirə edib.

İran ABŞ ilə danışıqların bir hissəsi olaraq Hörmüz boğazının Oman hissəsindən gəmilərin sərbəst keçməsinə icazə verməyi düşünür. Bu barədə “Reuters”-in verdiyi məlumata görə, belə bir addım o halda atılacaq ki, müharibənin yenidən başlamasının qarşısını alacaq real razılaşma əldə ediləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki