image-1backend

İran İsrailə məxsus pilotsuz təyyarəni vurduğunu açıqlayıb

image-ads-728x90

İran İsrailə məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Hadisənin İsfahan şəhəri üzərində baş verdiyi bildirilib.

Korrekt.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemləri gecə saatlarında şəhər üzərində uçan İsrailə məxsus pilotsuz təyyarəni uğurla məhv edib. Məlumatda qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri “sionist rejimə” aid dronu aşkar edərək vurublar.

Digər tərəfdən, yarı-rəsmi Tasnim Xəbər Agentliyi xəbər verir ki, sözügedən pilotsuz aparat İsfahan şəhərində müəyyən obyektləri hədəf almağa cəhd edib. Agentliyin məlumatına görə, bu, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ikinci pilotsuz uçuş aparatıdır.

Hadisə ilə bağlı əlavə detallar və qarşı tərəfin mövqeyi hələlik açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki