image-img_20260713_071922backend

İran tək qaldı : Bu qruplaşmalar İrandan imtina edib , ABŞ-yə şərtlərini çatdırdılar 

image-ads-728x90

Qətərin “Al Araby Al Jadeed” qəzetinin məlumatına görə, İraqdakı iranpərəst “Kətaib Hizbullah” və “Hizbullah ən-Nücəba” qruplaşmaları təhlükəsizlik zəmanəti və xarici təhdidlərdən müdafiə almadan silahlarını təhvil verməkdən imtina edirlər.

Korrekt.az xəbər verir ki, qruplaşmalar İraq dövləti ilə qarşıdurmaya girmək niyyətində olmadıqlarını bildirsələr də, hökumətdən lazımi təminat almayıblar.
Onlar ABŞ və  İsrailin onların rəhbər şəxslərə qarşı sui-qəsdlər təşkil edə biləcəyindən ehtiyat edirlər.

Silahların yerə qoyulması üçün ABŞ hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılması, ölkənin tam suverenliyinin təmin olunması və gələcəkdə bu təşkilatlara qarşı hər hansı siyasi və ya hərbi hücumların istisna edilməsi tələb olunur.
Qruplaşmalar indi silahsızlanma layihəsini İraqın sabitliyini pozmağa yönəlmiş və Əsəd rejiminin devrilməsindən sonrakı ” Suriya ssenarisi”nə bənzər təhlükəli bir plan kimi görürlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki