image-1backend

İran XİN-dən HƏDƏ: “Kim  ABŞ-yə yardım etsə  hədəf olacaq”  

image-ads-728x90

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hücumlarından sonra yaydığı bəyanatda Körfəz ölkələrini Vaşinqtona hərbi dəstək verməməyə çağırıb və belə əməkdaşlığın nəticələri barədə xəbərdarlıq edib.

Korrekt.az xəbər verir ki, bəyanatda bildirilib ki, ABŞ müharibənin dayandırılması ilə bağlı imzalanmış anlaşmanın müddəalarını pozaraq İranın nəqliyyat infrastrukturu, balıqçı qayıqları, yük gəmiləri, meteoroloji obyektləri və digər mülki infrastruktura zərbələr endirib.

İran XİN vurğulayıb ki, beynəlxalq hüquqa əsasən qonşu dövlətlər öz ərazilərinin və hərbi obyektlərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almalıdır.

“Əgər hər hansı Körfəz ölkəsinin ərazisi və ya infrastrukturu İrana qarşı hərbi əməliyyatlarda istifadə olunarsa, həmin məntəqələr İran Silahlı Qüvvələrinin cavab zərbələri üçün ‘qanuni hədəf’ hesab ediləcək”, – deyə, vurğulanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki