Türkiyə Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan daha bir ballistik raketin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, raket Qaziantep əyalətinin Şinbey rayonunun hava məkanında zərərsizləşdirilib.
Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri Burhanəddin Duran hadisə ilə bağlı açıqlama verib. O qeyd edib ki, İrandan Türkiyəyə doğru hərəkət edən ballistik raket NATO hava hücumundan müdafiə sistemi tərəfindən Qaziantep əyalətinin Şahinbəy rayonunun hava məkanında vaxtında vurulub zərərsizləşdirilib. Hadisə ilə bağlı heç bir itki və ya xəsarət alan olmayıb. Onun sözlərinə görə, bölgədə gərginliyin artmasının və münaqişələrin daha da geniş yayılmasının qarşısını almaq çox vacibdir.
Duranın sözlərinə görə, Türkiyə bir daha bütün tərəfləri, xüsusən də İranı regional təhlükəsizliyə və mülki əhaliyə təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırır.





















