image-img_20260714_194143backend

İranda hakimiyyət savaşı: Xameneyinin nəvəsi hakimiyyəti ələ keçirir

image-ads-728x90

İranın sabiq ali rəhbəri Ayətullah Əli Xameneyi ilə bağlı təxminən bir həftə davam edən vida mərasimləri təkcə rəsmi Tehranın ideoloji təbliğatı və siyasi mesajlarına xidmət etmədi, həm də ABŞ ilə hər hansı razılaşma və güzəştlərə qarşı çıxan radikal qüvvələrin siyasi proseslərin mərkəzinə yüksəlməsinə zəmin yaratdı.

Korrekt.az xəbər verir ki, mərasimlər zamanı ABŞ-la diplomatik təmasların və ölkənin mövcud böhrandan çıxması üçün siyasi razılaşmaların tərəfdarı hesab edilən Prezident Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçiyə qarşı sərt şüarlar səsləndirilməsi, onların təzyiqlərə, hətta zorakılıq hallarına məruz qalması SEPAH-a bağlı qüvvələrin hakimiyyət uğrunda açıq savaşa başladığını göstərdi.

Prosesin kulminasiya nöqtəsi isə Xameneyinin Məşhəddə dəfnindən sonra ötən cümə günü Qum şəhərində keçirilən və vida mərasimlərinə yekun vuran xətm məclisi oldu.

Həmin tədbirdə İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin nəvəsi, hüccətül-islam Əli Xomeyninin təxminən 40 dəqiqə davam edən çıxışı radikal düşərgənin əsas tezislərini əks etdirməsi ilə ölkənin ictimai-siyasi gündəmində geniş rezonans doğurdu.

Bir sıra siyasi müşahidəçilər bu çıxışı İran siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirdilər.

Əli Xomeyni çıxışında ABŞ ilə danışıqlar prosesinə qarşı indiyədək görünməmiş dərəcədə sərt mövqe nümayiş etdirərək, sülh danışıqlarını “xəyanət” kimi xarakterizə etdi. Onun bu fikirləri qısa müddətdə “Fars”, “Tasnim”, “Rəca Nyus” və digər mühafizəkar media qurumları, eləcə də radikal siyasi dairələr tərəfindən geniş şəkildə tirajlandı. Nəticədə son günlər “intiqam” şüarı ilə diplomatik prosesi hədəfə alan radikal qüvvələrin mövqeyi daha da gücləndi və ölkənin siyasi gündəmində daha qabarıq şəkildə görünməyə başladı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki