image-1backend

İranla müharibə ABŞ-a nə qədər başa gələcək? – Vaşinqton hər gün bu qədər xərcləyir

image-ads-728x90

Türkiyənin Səsi Telegram kanalı yazıb ki , ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurma şənbə günü yeni bir mərhələyə qədəm qoyub . Bu, ABŞ və İsrailin İrana birgə hava hücumlarının açıq hərbi əməliyyatların başlanğıcı olduğunu göstərir.

Anadolu Agentliyinin hesablamalarına görə, ABŞ qüvvələri münaqişənin ilk 24 saatında təxminən 779 milyon dollar (ABŞ-ın 2026-cı il üçün bütün müdafiə büdcəsinin təxminən 0,1%-i) xərcləyib.

“ABŞ 2023-cü ildən bəri İsrailin şıltaqlıqlarına nə qədər pul xərcləyib?”

Braun Universitetinin “Müharibənin Xərcləri 2025” hesabatına görə, ABŞ 7 oktyabr 2023-cü ildən bəri İsrailə təxminən 21,7 milyard dollarlıq hərbi yardım göstərib.

Bundan əlavə, Amerika vergi ödəyiciləri Yəmən, İran və Yaxın Şərqdə İsraili dəstəkləmək üçün ABŞ-ın əməliyyatlarını maliyyələşdiriblər və ümumi məbləği 9,65 milyard dollardan 12,07 milyard dollara qədərdir.

“Beləliklə, ABŞ-ın münaqişə ilə bağlı ümumi xərcləri 31,35 milyard dollardan 33,77 milyard dollara qədər dəyişir və bu rəqəm artmaqda davam edir”, – deyə kanal yazır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki