image-1backend

İnterpolun axtardığı azərbaycanlı belə ələ keçdi – FOTO

image-ads-728x90

Polşada İnterpolun “qırmızı bildiriş”i ilə axtarılan 51 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. O, Lüksemburq–Varşava marşrutu üzrə hərəkət edən avtobusun sərnişini olub.

Korrekt.az Polşa Sərhəd Mühafizəsinin Baş İdarəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də Şvetsko (Świecko) sərhəd məntəqəsində baş verib.

Müvəqqəti sərhəd nəzarəti çərçivəsində Polşaya daxil olan avtobusu yoxlayan sərhədçilər sərnişinlərdən birinin beynəlxalq axtarışda olduğunu müəyyənləşdiriblər. Məlumat bazalarındakı qeydlər yoxlanıldıqdan və axtarışın qüvvədə olduğu təsdiqləndikdən sonra həmin şəxs saxlanılıb.

Polşa tərəfinin açıqlamasına görə, Azərbaycan vətəndaşı ölkəsində başqa bir şəxsin böyük məbləğdə əmlak itkisinə səbəb olmuş dələduzluq əməllərində şübhəli bilinir. Onun beynəlxalq axtarışı Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında elan edilib.

Qojuv prokurorluğu saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müraciət edib. Polşa Sərhəd Mühafizəsi onun ekstradisiyasının gözlənildiyini bildirib.

Saxlanılan şəxsin adı, ona aid edilən əməllərin təfərrüatları və dəymiş zərərin dəqiq məbləği açıqlanmayıb.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki