image-1backend

Bir borc, bir görüş və dəhşətli son – Siyəzəndə nə baş verib?

image-ads-728x90

Siyəzəndə törədilən qətlin üstü isti izlərlə açılıb.

Korrekt.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 26-da Siyəzən rayon sakini Xəyalə Muradağa qızı Ağamalıyevanın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Siyəzən rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.

İlkin istintaqla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi müəyyən edilib. O, qadını boğaraq öldürməkdə, daha sonra evdən qızıl, pul və digər qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşmaqda şübhəli bilinir.

Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki