image-1backend

Milli Məclisdə Ziyafət Əsgərovla Razi Nurullayev arasında mübahisə

image-ads-728x90

Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayevlə parlament sədrinin müavini Ziyafət Əsgərov arasında fikir mübadiləsi olub.

Korrekt.az xəbər verir ki, Razi Nurullayev qanunvericiliyin hər yeni infrastruktur layihəsi ilə əlaqədar dəyişdirilməsini tənqid edib. Deputat dövlət ehtiyacları anlayışına strateji əhəmiyyətli infrastruktur layihələrini əhatə edən daha geniş tərif verilməsini təklif edib.

Onun sözlərinə görə, qanunvericilik gələcəkdə yaranacaq ehtiyacları da əhatə etməlidir.

Ziyafət Əsgərov isə təklifə etiraz edərək qanunlarda geniş və qeyri-dəqiq ifadələrin vətəndaşların mülkiyyət hüququ üçün risk yarada biləcəyini bildirib. O, Konstitusiyadan “ictimai ehtiyaclar” ifadəsinin çıxarıldığını xatırladıb:

“Bəs ictimai ehtiyac nədir? Bu ‘ictimai ehtiyac’ adı altında o qədər bura əlavə obyektlər salmaq olar ki, vətəndaşın mülkiyyət hüququ tamamilə pozular”.

Vitse-spikerin sözlərinə görə, vətəndaşların mülkiyyət hüququnun qorunması üçün dövlət ehtiyacları ilə bağlı obyektlər qanunda konkret göstərilməlidir. O, təqdim edilən layihənin Konstitusiyanın 29-cu maddəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olduğunu vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki