image-1backend

İsrail “hədəf siyahısı” açıqladı: Möctəba Xamenei və digər tanınmış fiqurlar öldürülə bilər

image-ads-728x90

Korrekt.az xəbər verir ki, İsrailin Kanal 14 telekanalı İranın nüfuzlu şəxslərini əhatə edən “aradan götürülməsi planlaşdırılan şəxslər” siyahısı ilə bağlı məlumat yayıb.

Telekanalın açıqladığı siyahıda aşağıdakı tanınmış şəxslərin adı yer alıb:

Möctəba Xamenei

Əli Laricani

Qulam Hüseyn Möhseni-Ejei

Əli Abdullahi

Məhəmməd Baqir Qalibaf

Əhməd Vahidi

Məlumata görə, bu şəxslər İsrail tərəfindən potensial hədəflər kimi müəyyən olunub. Ekspertlər bildirirlər ki, əgər bu hədəflər üzərində hər hansı əməliyyat həyata keçirilərsə, İranın siyasi strukturunda ciddi gərginlik yaranacaq və ölkədə hakimiyyətə gəlmək riskli bir peşə kimi tarixə düşəcək.

Eyni zamanda, xəbər agentliklərinin verdiyi məlumatlara görə, İsrailə atılan raketlərin sayı son günlərdə azalmağa başlayıb.

Bu açıqlama, Yaxın Şərqdəki gərginliyin hələ də davam etdiyini və regiondakı təhlükəsizlik vəziyyətinin diqqətlə izlənilməsinin vacib olduğunu göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki