image-timthumb-2backend

Jurnalistlər və tələbələr üçün bəd xəbər: ABŞ-a gedə bilməyəcəklər

image-ads-728x90

ABŞ-a gedə bilməyəcəklərABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Register-də dərc olunmuş bildirişə əsasən, ABŞ Daxili Təhlükəsizlik Departamenti xarici jurnalistlərə, tələbələrə və mübadilə proqramları iştirakçılarına viza verilməsi qaydalarını dəyişdirərək, onların ölkədə qalma müddətini müəyyən bir müddətlə məhdudlaşdırıb.

Korrekt.az xəbər verir ki, sənəddən göründüyü kimi, Amerika hakimiyyəti qaydalardakı dəyişikliyin onlara “əlavə qoruma və daha böyük nəzarət” təmin edəcəyi və eyni zamanda “bu qeyri-immiqrant vizalarının sahiblərinin ABŞ-da müvəqqəti qaldıqları müddətdə statuslarını qoruyub saxlayıb-saxlamadıqlarını daha yaxından izləməyə imkan verəcəyi” fərziyyəsindən irəli gəlir.

Xarici jurnalistlər, tələbələr və mübadilə proqramının iştirakçıları müvafiq olaraq I, F və J vizaları alırlar. Əvvəlki qaydalara əsasən, bu sənədlər onlara giriş məqsədləri və şərtləri yerinə yetirildiyi müddətcə ABŞ-da qalmağa icazə verirdi: məsələn, şəxs xarici media orqanında işləməyə və ya Amerika universitetində təhsil almağa davam etdiyi müddətcə. İndiyə qədər bu cür vizaların əsasən sabit etibarlılıq müddəti yox idi.

Yeni qaydaya əsasən, xarici jurnalistlər iş məqsədilə ABŞ-a 240 gündən çox olmayan müddətə daxil ola və zərurət yarandıqda bu müddəti uzada biləcəklər. Çin vətəndaşları üçün göstərilən müddətin 90 günlə məhdudlaşdırılması təklif olunur. Xarici tələbələr və mübadilə proqramları ilə gələn şəxslər təhsil müddəti və ya mübadilə proqramı müddətində, lakin dörd ildən çox olmamaq şərtilə ölkədə qala biləcəklər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki