“Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil”.
Bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı videosüjetdə bəhs edilir.
İranın keçmiş mədəniyyət naziri Ətəüllah Mühacirani isə ciddi təhlükə barədə xəbərdarlıq edib və Pezeşkian, Qalibaf və Əraqçının öldürülə biləcəklərini yazıb. Bir sözlə, SEPAH və supermühafizəkar siyasi qüvvələr daha əvvəl Prezident Məsud Pezeşkiana qarşı sınaqdan keçirdikləri indi Qalibafa və Əraqçıya tətbiq edirlər. Bu şəxslərin hansısa şəkildə siyasi səhnədən uzaqlaşdırılması və ya keçmiş nazirin iddia etdiyi kimi, onların fiziki məhvi ABŞ və İsrailin arzuladığı rejim dəyişikliyinin, SEPAH-ın hakimiyyəti tam ələ keçirməsi şəklində gerçəkləşməsi və ruhanilərin hakimiyyətdəki rolunun simvolik xarakter kəsb etməsi ilə nəticələnə bilər.
Daha ətraflı videosüjetdə:





















