image-1backend

KÖHNƏ 100 MANATLIQ ƏSGİNASLAR DƏYƏRİNİ İTİRƏCƏK? – Ekspertdən AÇIQLAMA

image-ads-728x90

Azərbaycanda yeni dizaynlı pul nişanlarının dövriyyəyə buraxılması ilə bağlı müzakirələr son vaxtlar daha da intensivləşib. Bu addım, əsasən, pulun daha müasir, qorunan və saxtalaşdırılması çətin olan formaya keçirilməsini hədəfləyir. Bəs köhnə 100 manatlıq əsginasların taleyi necə olacaq? Bu dəyişiklik nağd pul dövriyyəsinə və ümumilikdə ölkənin iqtisadi vəziyyətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı  açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki,hər hansı panika və ya təşvişə ehtiyac yoxdur. Vətəndaşlar düşünməməlidir ki, əllərində olan əvvəlki 100 manatlıq əskinası tələsik xərcləməlidirlər.

Onun sözlərinə görə, hazırda bununla bağlı heç bir qadağa və ya məhdudiyyət yoxdur, hər iki əskinas paralel şəkildə dövriyyədə istifadə oluna bilər: “İkinci məsələ kimi qeyd etmək lazımdır ki, hər hansı denominasiyadan söhbət getmir. Sosial şəbəkələrdə və bəzi qruplar arasında yayılan əsassız iddialara inanmağa əsas yoxdur. Əvvəlki 100 manatlıq əskinasın dəyəri ilə yenisi tam eynidir. Sadəcə, zaman keçdikcə köhnə əskinaslar tədricən dövriyyədən yığışdırılacaq”.

Ekspert qeyd edib ki, dəyişikliyin nağd pul dövriyyəsinə və ölkənin ümumi iqtisadi vəziyyətinə hər hansı təsiri yoxdur: “Təbii ki, yeni əskinasların hazırlanması müəyyən xərclər tələb edir, lakin bu, Mərkəzi Bankın daxili qərarıdır və vətəndaşlar üçün əlavə dəyişiklik yaratmır. Pul nişanlarının dizaynının dəyişdirilməsində əsas məqsəd onların daha müasir qoruma elementləri ilə təmin olunması və saxtalaşdırma hallarının qarşısının alınmasıdır.

Qeyd edim ki, bir çox ölkələrdə mərkəzi banklar müəyyən dövrlərdə pul nişanlarının dizaynını və görünüşünü yeniləyirlər. Bu, həm təhlükəsizlik tədbirləri, həm də əskinasların zamanla köhnəlməsi ilə bağlı həyata keçirilən adi bir prosesdir”.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki