Avropa İttifaqının diplomatik qurumlarında çalışan əməkdaşlar Belçikiyada Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin keçmiş baş diplomatı Federika Mogerinin dələduzluq işi üzrə saxlanılması xəbəri ilə bağlı dərin şok keçiriblər. Korrekt.az xəbər verir ki, bu barədə Le Monde yüksək vəzifəli diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Aİ diplomatiyasında “tam şok vəziyyəti” yaranıb, Avropa diplomatları isə baş verənləri “anlamağa çalışırlar”.





















