Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin futbol tarixindəki mövqeyi ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Skaloni bildirib ki, Messinin tarixin ən böyük futbolçusu kimi qəbul olunması üçün artıq əlavə nəyəsə ehtiyac yoxdur. Onun sözlərinə görə, argentinalı ulduz karyerası ərzində qazandığı uğurlar və göstərdiyi performansla bu statusu artıq təsdiqləyib.
“Messinin tarixin ən böyük futbolçusu kimi qəbul olunması üçün daha nə etməsi lazımdır? Artıq bununla bağlı heç bir şübhə yoxdur”, – deyə Skaloni vurğulayıb.
Baş məşqçi qeyd edib ki, Messinin həm klub səviyyəsində, həm də Argentina millisində əldə etdiyi nailiyyətlər onun futbol tarixində xüsusi yer tutmasına imkan verib.





















