Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampdan istefası müqabilində 200 milyon dollarlıq sərvətini saxlamağı, məmurları əfv etməyi və üçüncü ölkədən sığınacaq təklif etməyi xahiş edib.Korrekt.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, Ağ Evin Venesuela prezidenti Nikolas Maduro ilə apardığı son danışıqlarda üç əsas məsələ üzrə çıxılmaz vəziyyətə düşüb: amnistiya, silahlı qüvvələrə nəzarət və Maduronun dərhal istefası. Liderlər arasında telefon danışığı birbaşa qarşıdurmadan qaçmaq üçün son cəhd kimi qiymətləndirilsə də, dialoq nəticə verməyib.
Mənbənin sözlərinə görə, Tramp sığınacaq variantları kimi Maduroya Çin və ya Rusiyanı təklif edib, Venesuela lideri isə Kuba kimi dost ölkəni nəzərə alaraq Qərb yarımkürəsində qalmağı planlaşdırıb. Qətərə mümkün kompromis kimi baxılır. Maduronun onlarla tərəfdaşını əfv etmək tələbi də problemli idi. Bu tələb Amerika hakimiyyəti üçün qəbuledilməz idi





















