Lənkəran–Lerik avtomobil yolunun 27-ci kilometrliyində yerləşən “Təbəssüm” istirahət mərkəzinin ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sözügedən ərazidə 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və ağac kəsintisi faktı müəyyən edilməyib.
***
Xəbər verdiyimiz kimi Lerikdə ağacların kəsilmə hadisəsi iddia olunur.
Məsələ ilə bağlı Ekologiya Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq.
İradə İbrahimova bildirib ki, araşdırma aparılır. Araşdırma beş gün də, bir ay da çəkə bilər.
***
Lənkəran–Lerik avtomobil yolunun 27-ci kilometrliyində, “Təbəssüm” istirahət mərkəzinin “Meşəbəyi” istirahət mərkəzinə çatmayan ərazisində ağacların kəsilməsi ilə bağlı iddialar yayılıb.
İstirahət mərkəzinin rəhbəri Akif Əliyev tərəfindən meşəlik ərazidə ağacların kəsilərək yerində hovuz tikintisi aparıldığı iddia olunur.
Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığı barədə hələlik məlumat verilməyib.
Məsələ ictimai müzakirələrə səbəb olub və ərazidə ekoloji qaydaların pozulması ehtimalı gündəmdədir.News365.az





















