Korrekt.az xəbər verir ki, UFC prezidenti Deyn Uayt qarışıq döyüş sənəti (MMA) idmançısı Dillon Dennisin təşkilatın tədbirlərində iştirakını ömürlük qadağan edib. Qərar, rusiyalı döyüşçü İslam Mahaçovun komandası ilə Dennis arasında yaşanan insidentdən sonra verilib.
Məlumata görə, Mahaçovla avstraliyalı Cek Del Maddalena arasında UFC çempionluq döyüşündən əvvəl Dennislə Mahaçovun komandası arasında toqquşma baş verib. Hadisə Madison Square Garden-də yaşanıb və UFC mühafizə xidməti müdaxilə edərək tərəfləri ayırıb.
Deyn Uayt jurnalistlərə açıqlamasında insidentə görə məsuliyyəti qismən öz üzərinə götürdüyünü bildirib:
“Mən də özümü buna görə günahkar sayıram. Bunun qarşısını ala bilərdim. Siz Dillon Dennisi bir daha UFC turnirlərində görməyəcəksiniz,” — deyə o bəyan edib. Uaytın sözlərinə görə, münaqişə Dennisin öz yerində əyləşməməsi səbəbindən başlayıb.
Qeyd edək ki, döyüş hakimlərin yekdil qərarı ilə İslam Mahaçovun qələbəsi ilə nəticələnib.





















