Korrekt.az xəbər verir ki, sənədli film rejissoru, kino montajçısı və İran Kino Evinin üzvü Sepide Əbtəhi bu gün səhər təhlükəsizlik qüvvələrinin basqını nəticəsində saxlanılıb.
Bacısı özünün İnstaqram səhifəsində paylaşım edərək, Sepidenin həbs olunduğunu təsdiq edib.
Onun sözlərinə görə, təhlükəsizlik məmurları Sepide Əbtəhini həbs etməklə bərabər, onun bəzi şəxsi elektron cihazlarını da özləri ilə aparıblar.





















