Şəhərin mərkəzində hasarlanan metropoliten ərazisi… Ərazidə yaşayan sakinlər həmin ərazidə yeni stansiya tikiləcəyini deyirlər…
Korrekt.az xəbər verir ki, söhbət Paytaxtın Yasamal rayonu Cabbar Qaryağdıoğlu küçəsində, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.
Aydınlaşdırdıq ki, bəli, metronun “Nizami” stansiyasının yaxınlığında yeni stansiya olacaq. Lakin sözügedən qapalı ərazidə yox. “Bakı Metropoliteni” QSC-dən “Xəzər Xəbər”ə bildirildi ki, dövlət proqramı çərçivəsində Nizami stansiyasına yaxın B5 stansiyası tikiləcək. Stansiya Mərkəzi Parkın altında yerləşəcək. Oradan “Nizami” stansiyasına keçid olacaq. O da qeyd olunub ki, hazırda “Nizami” stansiyasının yalnız bir çıxışı var, yəni, eskalatorların təmiri üçün alternativ çıxış yoxdur. “B5” stansiyası bu poblemi də aradan qaldıracaq.
Qeyd olunub ki, 2030-cu ilə qədər bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisi başa çatdıqdan sonra stansiyaya yeni keçid təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





















