2024-cü ildə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində minatəmizləmə sahəsində xidməti vəzifəsini şərəflə yerinə yetirən zaman həyatını itirərək şəhid olan Raqif İsayevin anası Şahzadə İsayeva vəfat edib. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxsləri ilə birlikdə Ağstafa rayonunun Saloğlu qəsəbəsində şəhid anasının məzarını ziyarət edib, doğma evində şəhidin atası Deputat İsayev və digər ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
Bir daha xatırladaq ki, R.İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin aprelində imzaladığı müvafiq Sərəncamla ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
Allahdan Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!





















