NATO Türkiyədə “Patriot” HHM sistemlərini yerləşdirəcək. Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir:
NATO qüvvələri Yaxın Şərqdə kəskin eskalasiya fonunda hava və raket müdafiəsini gücləndirmək üçün daha geniş səylərin bir hissəsi olaraq şərqi Malatya əyalətində “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərini yerləşdirir.






















